...

Ankarada yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Hadisə Materials 19 Noyabr 2021 02:45 (UTC +04:00)
Ankarada yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Binanın bir hissəsi çöküb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti