...

Bakıda fəhlə karxanada faciəli halda öldü

Hadisə Materials 28 İyun 2022 09:37 (UTC +04:00)
Bakıda fəhlə karxanada faciəli halda öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda fəhlə daş karxanasında faciəli halda ölüb.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti