...

Biləsuvarda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Avqust 2022 09:14 (UTC +04:00)
Biləsuvarda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 ha sahədə kol-kos və qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

23:54

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti