...

Şəmkir sakində narkotik və silah aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 2 Sentyabr 2022 09:53 (UTC +04:00)
Şəmkir sakində narkotik və silah aşkar edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Zakir Əmiraslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z. Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti