...

Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Hadisə Materials 9 Fevral 2023 18:44 (UTC +04:00)
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti