...

Salyanda fəhlə faciəvi şəkildə öldü

Hadisə Materials 14 İyul 2023 14:35 (UTC +04:00)
Salyanda fəhlə faciəvi şəkildə öldü
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.

Bu barədəTrend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti