...

Bakı-Şamaxı-Yevlax yolunu su basıb

Hadisə Materials 26 Avqust 2023 19:47 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunu su basıb

Bakı. Trend:

Avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış hazırda bir sıra fəsadlar törədib.

Trend xəbər verir ki, gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yolu hər iki istiqamətə bağlayıb.

Hazırda yolun təmizlənməsi, həmçinin sel suları və lil qatı altında qalan avtomobillərin çıxarılması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti