...

Xaçmazda zəncirvari qəza: xəsarət alanlar var

Hadisə Materials 7 Yanvar 2024 19:33 (UTC +04:00)
Xaçmazda zəncirvari qəza: xəsarət alanlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəzaya uğrayan "VAZ 2107" sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti