Bakı. Trend:
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukrayna Ali Radasının keçmiş deputatı və jurnalist İqor Miroşniçenkonu cinayət maddəsi ilə axtarışa verib.
Trend xəbər verir ki, bu barədə Rusiya DİN-in axtarış-məlumat bazasında paylaşım edilib.
“İqor Mixayloviç Miroşniçenko. Cinayət Məcəlləsinin - maddəsi ilə axtarışa verilib”, - deyə məlumatda bildirilib.
Lakin məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı isə göstərilməyib.
Qeyd edək ki, 2012-2014-cü illərdə Miroşniçenko VII çağırış Ukrayna Ali Radasının deputatı, 2015-2020-ci illərdə isə Kiyev Şəhər Şurasının “Svoboda” millətçi partiyasından deputatı olub. Sabiq deputatın adı dəfələrlə qalmaqallarda hallanıb.