Bakı. Trend:
İsmayıllı şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, Camal Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qalacıq kənd sakini Rahid Soltanovu vurub.
Belə ki, piyada xəstəxanaya yerləşdirilib və ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.