...

Beyləqanda birmərtəbəli ev yanıb

Hadisə Materials 10 Oktyabr 2024 03:23 (UTC +04:00)

Bakı. Trend:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 165 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyü 165 m² sahədə, 3 otağının tavanı 108 m² sahədə, mətbəxin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti