...

Yanvarın 6-na olan krimxronika

Hadisə Materials 7 Yanvar 2006 14:40 (UTC +04:00)

Yanvarın 6-da daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 18-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 37 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti