...

Moskvadakı Azərbaycan diasporu həlak olmuş azərbaycanlıların dəfn olunması üçün bütün xərcləri öz üzərinə götürmək niyyətindədir

Hadisə Materials 23 Fevral 2006 15:45 (UTC +04:00)

Moskvada Basman (Bauman) bazarının damının uçması nəticəsində ən azı 13 azərbaycanlı həlak olub. Trend in məlumatına görə, bu barədə Ümumrüsiya Azərbaycanlıları Konqresinin Moskva regional şöbəsinin sədri İlqar Hacıyev bəyan edib.

Onun sözlərinə görə, "Sklifosov xəstəxanasına gətirilənlər arasında vəziyyəti çox ağır olan daha 2-3 azərbaycanlı var ". "Bizdə olan məlumatlara görə, azərbaycanlılardan bir neçəsi hələ də dağıntılar altında qalıb ", -deyə Hacıyev bildirib.

Hacıyevıin sözlərinə görə, azərbaycanlıların Moskvadakı diasporu həlak olmuş azərbaycanlıların dəfn olunması ilə bağlı bütün xərcləri öz üzərinə götürmək niyyətindədir. Bu barədə İnterfaks məlumat verib.

Xəbər lenti

Xəbər lenti