...

Rusiya FHN: "Basman bazarında damın çökməsi nəticəsində 64 nəfər həlak olub"

Hadisə Materials 25 Fevral 2006 11:40 (UTC +04:00)

Moskvanın Basman bazarında çökmüş damın dağıntıları altından daha 6 nəfərin cəsədi çıxarılıb. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 24-ü səhər Fövqəladə Hallar nazirliyinin informasiya idarəsindən məlumat verilib. Beləliklə, faciə qurbanlarının ümumi sayı 64 nəfərə çatıb.

Həlak olanların cəsədlərinin tapılması və onların dağıntıların altından çıxarılması üçün hadisə yerində ağır texnikanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

FHN-dən verilən məlumata görə, 7 nəfərin cəsədi hələlik tanınmayıb. Bazarın damının çökməsi nəticəsində yaralanmış 22 nəfər hələ də paytaxt klinikalarındadır.

"Qazeta Ru"nun məlumatına görə, bazarın direktoru sorğu üçün saxlanılıb, partlayış-texniki ekspertizası təyin olunub.

Xəbər lenti

Xəbər lenti