Rusiya sərhədçiləri Mahaçqala limanında brokonyerlikdə şübhəli bilinən Azərbaycanın balıqçı gəmisini yedəyə alıb. Bir sutka əvvəl gözətçi gəmisi Xəzər dənizinin mərkəzi hissəsində "Çuron" gəmisini saxlayıb. Bu barədə RSN məlumat verib.
Gəminin qeyd edildiyi liman Bakı, su basımı 86 tondur. 8 nəfərdən ibarət gəmi heyətinin hamısı Azərbaycan vətəndaşlarıdır. Gəmidə yarım ton nərə balığı, 30 yeşik kilkə, 30 kq hisə verilmiş balıq aşkar edilib. Gəminin və onun heyətinin taleyi təhqiqatdan sonra məlum olacaq.