...

İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var

Maraqlı Materials 30 Sentyabr 2013 20:50 (UTC +04:00)
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetin məskunlaşdığı Bukingem sarayında şef-aşpazın köməkçisi vakansiyası elan olunub.
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetin məskunlaşdığı Bukingem sarayında şef-aşpazın köməkçisi vakansiyası elan olunub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, işə qəbul ediləcək aşpazın illik maaşı 23 min funt-sterlinq olacaq. O bu pulu həftədə 45 saat işləməklə qazana biləcək.

İddiaçılardan aşağıdakılar tələb olunur: fransız mətbəxini əla bilmək, xeyli sayda yüksəkvəzifəli qonaqlar üçün gecələr, kral ailəsinin üzvləri üçün kiçik mərasimlər təşkil etmək.

Qeyd edək ki, hazırda Böyük Britaniyanın Kral ailəsi və onların qonaqlarına xidmət edən peşəkar aşpazların sayı təqribən 20 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti