...

Üçtərəfli Bəyannamə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında yeni mərhələnin başlanmasını ifadə edir – Sərkisyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2008 18:43 (UTC +04:00)

Ermənistan prezidenti Serj Sərkisyan hesab edir ki, Ermənistan, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli Bəyannamənin imzalanması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının yeni, daha fəal mərhələsinin başlanmasını ifadə edir.

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin noyabrın 2 - də keçirilmiş görüşünün yekunları üzrə imzalanmış Bəyannamədə bildirilir ki, tərəflər, konstruktivlik atmosferində Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə nizamlanmasının vəziyyət və perspektivlərini əyani və dolğun müzakirə edərək bəyan edirlər ki, münaqişənin siyasi yola nizamlanması ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına yardım edəcəklər.

"Qonşumuzla - Azərbaycanla münasibətlərin nizamlanmasının əsasında biz Dağlıq Qarabağ münaqişəsinin xalqın öz müqəddəratını təyin etmək hüququnun realizəsini təmin etməli olan dinc, kompromisli həllini görürük", - Belçikada erməni diasporunun nümayəndələri qarşısında çıxış edən dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Ermənistan ötən ildən dövriyyədə olan məlum Madrid prinsiplərini əsas götürərək, danışıqlar prosesini davam etdirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti