...

Azərbaycan ombudsmanı Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2009 12:35 (UTC +04:00)
Azərbaycan ombudsmanı Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan ombudsmanı Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarlarının cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur.

"Ermənistan işğalçı, təcəvüskar siyasətindən, ərazi iddialarından əl çəkərək bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yeirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquları bərpa olunmalı və Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar təsdiq olunmalıdır", - Trend -un məlumatına görə, bazar ertəsi Xocalı soqırımı ilə bağlı keçirilən tədbirdə ombudsman Elmira Süleymanova deyib.

Bəyanat BMT-yə, Avropa Şurasına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirlikləri və Azərbaycan diaspor təşkilatlarına ünvanlanıb.

Trend -un arayışı: Azərbaycanın Baş Prokurorluğu Xocalı soyqırımı ilə bağlı istintaqı davam etdirir və soyqırımda təqsirli bilinən şəxslər beynəlxalq axtarışa verilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti