...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanılmasının birinci mərhələsi yekunlaşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2009 12:52 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) iyirmi nəfər xüsusi təlim keçmiş könüllüsü itkin düşmüş şəxslərin ailələri ilə müsahibələr apararaq ətraflı məlumatların toplanması üçün nəzərdə tutulmuş 1151 sorğu anketri doldurub. Sorğu anketləri itkin düşmüş şəxslərin zahiri görünüşləri və hansı şəraitdə yoxa çıxmaları haqda geniş məlumatları əhatə edir, cümə axşamı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yaydığı məlumatda bildirilib.
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanılmasının birinci mərhələsi yekunlaşıb

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər barəsində ətraflı məlumat toplanılmasına və mərkəzləşdirilmiş qaydada idarə olunmasına dair milli proqramın birinci mərhələsi başa çatıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) iyirmi nəfər xüsusi təlim keçmiş könüllüsü itkin düşmüş şəxslərin ailələri ilə müsahibələr apararaq ətraflı məlumatların toplanması üçün nəzərdə tutulmuş 1151 sorğu anketri doldurub. Sorğu anketləri itkin düşmüş şəxslərin zahiri görünüşləri və hansı şəraitdə yoxa çıxmaları haqda geniş məlumatları əhatə edir, cümə axşamı Trend -a Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) daxil olan məlumatda bildirilib.

Milli proqramın birinci mərhələsi başa çatsa da, 290 nəfər itkin düşmüş şəxsin ailələrini tapmaq hələ mümkün olmayıb. BQXK məlumat toplanılması prosesinin uğurla başa çatması üçün həmin ailələri komitəyə və AzQAC-ın onlara ən yaxın ofisi ilə əlaqə saxlamağa çağırıb.

İtkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatlar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4499 nəfərdir. Onlardan 3615 nəfər hərbçi, 876 nəfər mülki şəxslərdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).

Mülki şəxslərdən 52 nəfər uşaq (18 nəfər azyaşlı qız), 381 nəfər qoca (174 nəfər yaşlı qadın), 95 nəfər ortayaşlı qadın, 351 nəfər ortayaşlı kişidir.

Əsir, itkin düşmüş 4499 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Əsir və girovluqdan 1390 nəfər azad edilib. Onlardan 342 nəfər qadın, 1048 nəfər kişidir. Eyni zamanda, 168 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın), 165 nəfər ortayaşlı qadın, 779 nəfər ortayaşlı kişidir.

451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 86 nəfər qadın, 365 nəfər kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxslərdir.

2008-ci ilin aprelində BQXK və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanması və mərkəzləşdirilmiş qaydada idarə edilməsi haqda çərçivə sazişi imzalayıblar.

Ətraflı məlumat toplanılması prosesi hələ yekünlaşmayıb. Həmin proses cəbhə xəttinə yaxın yerləşən 18 şəhər və rayonda davam edir və Azərbaycanın qalan 35 şəhər və rayonu gələn il əhatə olunacaq. BQXK ətraflı məlumat toplanılmasını Azərbaycanın bütün bölgələrində 2010-cu ilin sonuna qədər bitirməyi nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti