...

BQXK-nın Bakı ofisi girov götürülmüş Azərbaycan vətəndaşı ilə əlaqədar erməni həmkarlarına müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Dekabr 2009 12:47 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi komitənin Ermənistan nümayəndəliyinə Azərbaycanın Tovuz rayonu sakininin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinin öyrənilməsi ilə bağlı müraciət edib.
BQXK-nın Bakı ofisi girov götürülmüş Azərbaycan vətəndaşı ilə əlaqədar erməni həmkarlarına müraciət edib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi komitənin Ermənistan nümayəndəliyinə Azərbaycanın Tovuz rayonu sakininin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinin öyrənilməsi ilə bağlı müraciət edib. Bu barədə çərşənbə günü komitənin Bakı ofisindən Trend -a məlumat verilib.

"Hazırda BQXK-nın Ermənistan nümayəndəliyi bu məsələni araşdırır", - komitənin Bakı ofisindən deyilib.

Tovuz rayonun Əlibəyli kənd sakimi Tağıyev Eldar Heydər oğlu (1964-cü il təvəllüdlü) dekabrın 28-də itkin düşüb. Qeyri-rəsmi məlumatlara görə, o, ermənilər tərəfindən girov götürülüb, digər mənbələr isə bildirir ki, Tağıyev Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vurulub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu gün BQXK-ya Azərbaycan vətəndaşının girov götürülməsi imkanlarının araşdırılması ilə bağlı müraciət etməyi planlaşdırır. Bu barədə dövlət komissiyasının katibi Şahin Sayılov bu gün KİV-ə bildirib.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu məlumatı təsdiq etməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti