...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 10:38 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın13-də saat 11.35-dən 11.44-dək Xocavənd rayonunun Kuropatkina kəndi yaxınlığında yerləşən mövqelərdən... Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın13-də saat 11.35-dən 11.44-dək Xocavənd rayonunun Kuropatkina kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 16.55-dən 17.15-dək və 21.35-dən 21.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 18.09-dan 18.30-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21.00-dan 21.10-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 21.30-dan 22.10-dək və 23.10-dan 23.15-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 00.30-dan 01.10-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti