...

Ermənistanın ATƏT PA-da hər hansı qətnamə qəbul etdirməsinə imkan verməyəcəyik – Parlamentin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2010 12:35 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, Ermənistan ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir sənəd qəbul etdirə bilməyəcək.
Ermənistanın ATƏT PA-da hər hansı qətnamə qəbul etdirməsinə imkan verməyəcəyik – Parlamentin vitse-spikeri

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, Ermənistan ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir sənəd qəbul etdirə bilməyəcək.

"Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin yay sessiyasına təqdim edəcəyi sənədin məzmunu tam bəlli olandan sonra ciddi tədbirlər görəcəyik", - çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Trend -un arayışı: Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti qurumun yay sessiyasına münaqişələrin həllində güc vasitələrindən istifadədən imtina edilməsi barədə sənəd təqdim etmək niyyətindədir.

Muradovanın sözlərinə, Ermənistan tərəfi hələ ki, heç bir sənəd təqdim etmədiyindən indidən konkret addımlar atmaq tezdir. "Sənədin məzmunu bəlli olandan sonra mövqeyimizi ortaya qoyacağıq. Amma istənilən halda yay sessiyasında münaqişələrin həllində güc tətbiqindən imtina haqqında qətnamənin, yaxud başqa sənədin qəbul olunmasının əleyhinəyik və lazım olan bütün tədbirləri görəcəyik", - vitse-spiker əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti