Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Hacıyev/
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-də saat 12:20-dən 12:35-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 18:45-dən 18:55-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:20-dən 17:35-dək və avqustun 14-də saat 00:10-dan 00:40-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən:
- saat 01:00-dan 01:20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.