...

ATƏT-in səhra qiymətləndirmə missiyası Dağlıq Qarabağda olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2010 14:26 (UTC +04:00)
ATƏT-in səhra qiymətləndirmə missiyası cümə axşamı Dağlıq Qarabağda olub, - məlumatı "Ermənistan xəbərləri" agentliyi yayıb.
ATƏT-in səhra qiymətləndirmə missiyası Dağlıq Qarabağda olub

ATƏT-in səhra qiymətləndirmə missiyası cümə axşamı Dağlıq Qarabağda olub, - məlumatı "Ermənistan xəbərləri" agentliyi yayıb.

ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ), həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşdükdən bir gün sonra Dağlıq Qarabağa gəliblər.

Minsk qrupunun həmsədrləri regiona səfərlərini oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükləri Bakıya gəlməklə başlayıblar.

ATƏT-in qiymətləndirmə missiyası Bakının təşəbbüsü ilə Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyəti öyrənir. Minsk qrupunun həmsədrləri sonuncu səfər zamanı həmin ərazilərdə vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal edilmiş ərazilərdə vəziyyət haqqında hesabat hazırladıqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti