...

Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərini aktiv olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2012 11:26 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərini aktiv olmağa çağırır
Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərini aktiv olmağa çağırır

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərini aktiv olmağa çağırır.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı danışıqlar masasında konstruktiv mövqeyə gətirmək üçün əllərindən gələni etməlidirlər" Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədov qeyd edib ki, vasitəçilər Kazan görüşündən sonra yaranmış situasiyadan çıxış yolu tapmalıdırlar.

PA rəsmisi həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Avropa Birliyinin də səyləri öz nəticəsini verə bilər.

Onun sözlərinə görə, Azərbaycan istəyir ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində fəal iştirak etsin.

"Münaqişənin həllində beynəlxalq birliyin fəal iştirakı lazımdır" Məmmədov əlavə edib.

Qeyd edək ki, bu həftə Avropa Birliyinin Şurası Cənubi Qafqazla bağlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Avropa Birliyi Minsk Qrupunun fəaliyyətinə, eləcə də münaqişənin post-konflikt fazasında dəstək verməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti