...

İordaniya öz torpaqları uğrunda ədalətli mübarizədə Azərbaycanı dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2012 11:14 (UTC +04:00)
İordaniya Haşimilər Krallığı Azərbaycanın yaxın müttəfiqi və tərəfdaşı kimi Ermənistanın işğal etdiyi topraqlarının azad olunması uğrunda ədalətli mübarizədə Bakını dəstəkləyir.
İordaniya öz torpaqları uğrunda ədalətli mübarizədə Azərbaycanı dəstəkləyir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Tağıyeva /

İordaniya Haşimilər Krallığı Azərbaycanın yaxın müttəfiqi və tərəfdaşı kimi Ermənistanın işğal etdiyi topraqlarının azad olunması uğrunda ədalətli mübarizədə Bakını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə İordaniya Senatı sədrinin I müavini Abdurrauf Ravabdehi deyib.

"Zor gücü ilə başqalarının torpaqlarının işğal olunmasının qəti şəkildə əleyhinəyik, bunu pisləyirik. İordaniya Azərbaycan torpaqlarının qaytarılmasına tərəfdardır", - Ravabdehi deyib.

Onun sözlərinə görə, İordaniya nümayəndə heyətinin səfərində məqsəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, təhsil, səhiyyə, iqtisadiyyat, energetika və başqa sahələrdə əməkdaşlığın dərinləşdirilməsidir.

Ravabdehi habelə Azərbaycanın son illərdə inkişafını, regionda və beynəlxalq arenada onun mövqeyinin möhkəmləndiyini qeyd edib.

"Beynəlxalq arenada çəkisi olan dövlətə çevrilmiş qardaş ölkənin inkişafı məni sevindirir", - o deyib.

Xocvalı soyqırımına toxunan Ravabdehi bildirib ki, Azərbaycan və İordaniya parlamentləri bu məsələni müzakirə edəcək.

Abdurrauf Ravabdehinin ölkəyə səfəri çərşənbə axşamı Şəhidlər və Fəxri xiyabanları ziyarət etməklə başlayıb.

Xəbər lenti

Xəbər lenti