...

Mübariz Əhmədoğlu: Yalnız BMT Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 15:00 (UTC +04:00)
Yalnız BMT Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilər. Bunu Trend-də keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Yalnız BMT Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilər

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Yalnız BMT Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilər. Bunu Trend-də keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Ermənistan ATƏT-in Minsk qrupunun konsensus mexanizmi ilə işləməsindən sui-istifadə edir. Rusiya, Fransa və ABŞ öz vasitəçiliklərini ATƏT-də dayandırıb BMT formatında davam etdirməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsinə imkan verən "Böyük Sülh Müqaviləsi" imzalandıqdan sonra ilk addım kimi snayperlərin geri çəkilməsinə baxmaq olar. Vasitəçiliyin ATƏT formatından BMT formatına keçirilməsi dinc tənzimləməyə ümid yaratmaqla müharibənin qarşısını ala bilər", - Əhmədoğlu bildirib.

Politoloq qeyd edib ki, BMT Baş Assambleyası müstəvisində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə həm Ermənistan, həm də Azərbaycanın XİN rəhbərlərinin iştirak etməsi Ermənistanın Azərbaycandan qaçmasının yalnız Qarabağ məsələsinə aid olduğunu aşkarladı. Ramil Səfərov məsələsi Edvard Nalbandyana BMT BA-da Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aid məsələləri azərbaycanlı həmkarı ilə birlikdə müzakirə etməyə maneçilik etmədi.

"Bu bir daha sübut edir ki, Ermənistanın bütün vurnuxmaları yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakdan imtina etməkdir. Sadəcə, ermənilər çalışırlar ki, tənzimləmədən yayınmadakı günahı başqa tərəfin üstünə qoysunlar", - o deyib.

Xəbər lenti

Xəbər lenti