...

Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşlər keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2014 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb: "Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan E.Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılsa, bir o qədər qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar".

Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti