...

MN: Azərbaycan SQ-nin təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2017 09:18 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.
MN: Azərbaycan SQ-nin təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti