...

Deputat: Ermənilərin 13 yaşlı uşağı yaralaması məqsədli törədilən təxribatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2017 17:47 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır.
Deputat: Ermənilərin 13 yaşlı uşağı yaralaması məqsədli törədilən təxribatdır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Deputat qeyd edib ki, Ermənistan bu təxribatı həyata keçirməkdə iki məqsəd güdür: “Birinci məqsəd danışıqlar prosesini pozmaq və münaqişənin həllini uzatmaqdır. Digər tərəfdən, qoşunların təmas xəttində deyil, sərhəd zonasında təxribat törətməklə ermənilər çalışırlar ki, Azərbaycan ordusu bu təxribatlara cavab versin. Ermənilər bu cür təxribatları Dağlıq Qarabağ bölgəsində törətməklə bərabər, Azərbaycanın digər bölgələrində də edirlər ki, bu da beynəlxalq prinsiplərə tamamilə ziddir”.

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv siyasətdən aktiv siyasətə keçməlidir ki, belə təxribatlara yol verilməsin və dinc sakinlər bu cür hadisələrin qurbanı olmasın.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə almasının nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti