...

Avropa Şurasının komissarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları bərpa etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 10:53 (UTC +04:00)
Avropa Şurasının komissarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları bərpa etməyə çağırıb

Bakı. Nərgiz Sadıxova - Trend:

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi dayandırmağa və münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqları bərpa etməyə çağırıb.

Trend bu barədə Avropa Şurasına istinadən məlumat verir.

D.Miyatoviç öz bəyanatında Ermənistanla Azərbaycan arasında “artıq çoxsaylı qurbanlara səbəb olmuş” hərbi münaqişənin yenidən alovlanmasına təəssüfləndiyini bildirib:

“Tərəfləri gərginliyi azaltmağa və sülh danışıqlarına başlamağa çağırıram. Bu, mülki şəxslərin və hərbçilərin həyatını qorumağın və dinc sakinləri münaqişənin dağıdıcı fəsadlarından müdafiə etməyin yeganə yoludur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti