...

Mərkəzi Bank manatın nominal effektiv kursunun 13 faizdən çox möhkəmlənəcəyini gözləyir

İqtisadiyyat Materials 1 May 2024 12:57 (UTC +04:00)
Mərkəzi Bank manatın nominal effektiv kursunun 13 faizdən çox möhkəmlənəcəyini gözləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunadək Azərbaycan manatının nominal effektiv kursu 13,1 faiz möhkəmlənəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu ilin birinci rübündə manatın nominal effektiv kursu 2,7 faiz möhkəmlənəcək. Bu ilin sonuna Azərbaycan manatının nominal effektiv kursu 13,1 faiz möhkəmlənəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Azərbaycan manatının xarici valyutalara nisbətdə nominal effektiv kursu 103,7 bənd olub ki, bu da ötən ayın göstəricisindən 0,1 faiz bəndi, ilin əvvəlindəki göstəricidən 1,7 faiz bəndi və ötən ilin analoji dövrünün göstəricisindən 7,2 faiz bəndi çoxdur.

Xatırladaq ki, mayın 1-də Mərkəzi Bankı uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti