...

Fransa rəhbərliyi tarixi faktların manipulyasiyasından əl çəkməlidir - Piter Teys

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2020 11:10 (UTC +04:00)
Fransa rəhbərliyi tarixi faktların manipulyasiyasından əl çəkməlidir - Piter Teys

Bakı. Trend:

Fransa rəhbərliyi yaxşı məlum olan tarixi faktların manipulyasiyasından əl çəkməli və erməni təbliğatının fiquru olmağı dayandırmalıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycan toponimlərinin adlarına hörmətsizlik və Azərbaycan şəhərlərini ermənilər tərəfindən uydurulmuş adlarla adlandırmaq, həqiqətən də Azərbaycan xalqı və tarixinə təhqirdir:

“Fransanın Xarici İşlər Nazirliyi ermənilərin uydurduğu “Şuşi” adından istifadə edib ki, bu da təxribatdır. Azərbaycan xalqını, əlbəttə ki, bu fakt məyus edir”.

Ekspert əlavə edib ki, Fransa XİN buna görə dərhal üzr istəməli və press-relizdə şəhərin adını dəyişdirməlidir.

P.Teys vurğulayıb ki, Şuşa tarixi Azərbaycan şəhəridir və Azərbaycanın xəzinəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti