İyulun 5-də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Karmiravan kəndi sahəsində, qoşunların təmas xəttində keçirdiyi monitorinqdə insident qeyd alınmayıb. Bu haqda Trend ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.
Məlumatda Azərbaycan tərəfində monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Torsten Ahrenin apardığı bildirilir.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vımetal və Piter Ki keçiriblər.