...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqına güvənir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2007 13:48 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqına güvənir

Belçika, Brüssel/ Trend müxbir R.Emilli/ Azərbaycan həm tərəfdaş kimi, həm də ümumi problemlərin həlli məqsədilə əlaqələrin yeni mərhələsinin qurulması üçün Ai ilə yaxınlaşmalıdır. Trend in xüsusi müxbirinin bildirdiyinə görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Brüsseldə mətbuat konfransında bildirib. "Azərbaycan və digər ölkələr Cənubi Qafqazda inkişaf və irəliləyiş üçün qarşılıqlı effektiv və faydalı əlaqələr qura bilərlər",-deyə o vurğulayıb.

Onun sözlərinə görə, Brüsselə səfəri çərçivəsində o, Azərbaycanın regional münasibətlər və risklərlə həyata keçirilən siyasəti barədə məlumat verib. "Ötən ilin noyabrında biz Ai ilə hal-hazırda həyata keçirdiyimiz Energetika sahəsində tərəfdaşlıq memorandumu imzalamışıq. Bu sənəd Azərbaycanın daxili infrastrukturunun inkişafı, enerji resurslarının qorunması, alternativ enerji mənbələrinin axtarılması və daxili enerji bazarının demokratikləşdirilməsinə müsbət təsir edir",-deyə Əzimov söyləyib.

Cənubi Qafqaz ölkələri ilə münasibətlərə toxunan nazir müavini, Azərbaycanın regiondakı münaqişəli vəziyyətdən çox narahat olduğunu və bu məsələdə Ai-nin köməyinə arxalandığını bildirib.

"Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla elə bir qərar qəbul olunmalıdır ki, Azərbaycan və Ermənistanı sülhə gətirsin. Bunun zəmanətçisi isə Ai də daxil olmaqla beynəlxalq ictimaiyyət olmalıdır. Müharibə münaqişənin həlli deyil. Lakin Azərbaycan ərazi bölünməsinin mükünsüzlüyü kimi prinsipial mövqeyində qalmaqda davam edəcək. Bu, qarşı tərəfə izah olunmalıdı və Ermənistan tərəfi bunu qəbul edilməlidi. Mən ümid edirəm ki, Ermənistanda münaqişənin həlli yolu ilə bağlı plüralizm var və əminəm ki, çoxluq məslənin baza prinsipləri üzərində həll olunmasının tərəfdarıdır",-deyə Əzimov bəyan edib.

Xəbər lenti

Xəbər lenti