...

Terri Devis: Avropa Şurası Qarabağ probleminin tezliklə həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2007 11:22 (UTC +04:00)
Terri Devis: Avropa Şurası Qarabağ probleminin tezliklə həllinin tərəfdarıdır

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurasının baş katibi Terri Devis mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istədiklərini bildirib. Bu problemlə bağlı aparılan danışıqlarda əldə olunmuş irəliləyişlərə sevindiyini deyən baş katib savaş nəticəsində evlərini tərk etməyə məcbur qalmış qaçqınların tez bir zamanda öz yurd-yuvalarına qayıdacağına ümid etdiyini bildirib.

Avropa Şurasında iki gün davam edən ATƏT-in Minsk qrupunun həmsədrləriylə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinə də toxunan baş katib, problemin həlli yolu istiqamətində danışıqların vacibliyini vurğulayıb.

Avropa Şurasının Nazirlər Komitəsinin sədri, San-Marino xarici işlər naziri Fiorenzo Stolfi isə bu problemin həlli yollarının mütəmadi olaraq araşdırılmasının və müzakirə edilməsinin əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, Avropa Şurası bu məsələylə yaxından maraqlanır və məsələylə bağlı davam edən danışıq proseslərini diqqət mərkəzində saxlayır.

Xəbər lenti

Xəbər lenti