...

Daha bir azərbaycanlı əsgər minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2007 11:05 (UTC +04:00)
Daha bir azərbaycanlı əsgər minaya düşüb

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Daha bir azərbaycanlı əsgər minaya düşərək həlak olub. Hadisə Ağdam rayonunda cəbhə xəttində baş verib.

Trend in bölgə müxbirinin məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, 18 yaşlı Seymur Əliyev Yusifcanlı kəndində minaya düşüb.

Əsgər 2007-ci ildə Qazax rayonunun Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Hazırda faktla bağlı istintaq briqadası iş aparır.

Xatırladaq ki, avqustun 9-da Ağdam rayonunda Azərbaycan ordusunun zabiti Gülağa Məmmədov və əsgərlər Ceyhun Qarayevlə Zaur Məmmədov minaya düşüblər, nəticədə onlar ayaqlarını itiriblər.

Xəbər lenti

Xəbər lenti