...

Xorvatiya prezidentinin rəsmi səfərinin proqramı açıqlanıb

Siyasət Materials 1 Oktyabr 2007 17:12 (UTC +04:00)
Xorvatiya prezidentinin rəsmi səfərinin proqramı açıqlanıb

Azərbaycan, Baku / Trend , müxbir K.Ramazanova / Bazar ertəsi Xorvatiyanın Azərbaycandakı səfiri Qordon Bakota bildirib ki, Xorvatiya prezidenti Stipe Mesiç Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə diqqət ayıracaq.

Səfər gedişində prezidenti Azərbaycanla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlı olan işgüzar dairələrin nümayəndələri müşayiət edəcək.Səfər çərçivəsində iki ölkə prezidentinin iştirakı ilə biznes- forum keçiriləcək.

Səfirin sözlərinə görə, prezidentin səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov və Baş nazir Artur Rəsizadə ilə görüş daxildir.Prezident paytaxtın universitetlərinin birində Xorvatiyanın xarici siyasəti barədə çıxış etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti