...

Vilnüsdə GUAM ölkələri liderlərinin görüşü başlayıb

Siyasət Materials 10 Oktyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Vilnüsdə GUAM ölkələri liderlərinin görüşü başlayıb. Bu gün Vilnüsdə (Litva) Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və Litva prezidentlərinin iştirak etdiyi beynəlxalq energetika konfransı fəaliyyətə başlayır.

Artıq beş ölkənin dövlət başçılarının qarşılanması mərasimi başa çatıb və hazırda GUAM dövlət başçılarının görüşü keçirilir.

Konfrans zamanı prezidentlər üç sənəd imzalayacaqlar: Energetika sahəsində əməkdaşlıq barədə, Odessa-Brodı-Plotsk marşrutu üzrə boru kəmərinin çəkilişi ilə məşğul olacaq şirkətin yaradılması barədə, Litva və Polşa arasında energetika sahəsində əməkdaşlıq barədə sənədlər.

Xəbər lenti

Xəbər lenti