...

Azərbaycanın qərb bölgəsində 31 qanunsuz silah aşkarlanıb

Siyasət Materials 20 Oktyabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Ağstafa / Trend , müxbir K.Almədətov/ Qazax rayonunda il ərzində 14 ədəd qanunsuz silah aşkarlanaraq, götürülüb, Trend in bölgə müxbirinə şənbə günü Qazax rayon Polis Şöbəsindən bildirilib. Qanunsuz silahlardan biri AK markalı avtomat, 10-u TOZ - 8 silahı, 1 ədədi lüləsi kəsilmiş "obrez" tipli tüfəng, bir "Makar" tipli tapanca, biri baraban tipli silah və xeyli miqdarda döyüş sursatıdır. Aşkar olunan silahlar Daxili İşlər Nazirliyinə təqdim olunub.

Hesabat dövründə Ağstafa rayonunda 1 ədəd AK 74 kalibrli avtomat silahı, 2 ədəd TOZ - 8 silahı, 1 ədəd qoşalülə ov tüfəngi, 1 ədəd avtomat silahı üçün süngü bıçaqı, 10 ədəd F-1 əl qumbarası, 2 ədəd uçan döyüş sursatının mərmisi, 178 ədəd müxtəlif kalibrli qüllə aşkar edilib.

Xəbər lenti

Xəbər lenti