...

İKT-də hesab edirlək ki, uydurulmuş erməni soyqırımının ABŞ konqresi tərəfindən tanınması haqda qərarın qəbulu dünyada vəziyyətin gərginləşməsində yeni dalğa yarada bilər

Siyasət Materials 28 Oktyabr 2007 17:38 (UTC +04:00)
İKT-də hesab edirlək ki, uydurulmuş erməni soyqırımının ABŞ konqresi tərəfindən tanınması haqda  qərarın qəbulu dünyada vəziyyətin gərginləşməsində yeni dalğa yarada bilər

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Uydurulmuş erməni soyqırımının ABŞ konqrersi tərəfindən tanınması haqda qərarın qəbulu dünyada vəziyyətin gərginləşməsində yeni dalğa yarada bilər və sivilizasiyalar aras dialoqa ciddi ziyan gətirər. Bu haqda bazar günü Bakıda İslam Konfransı Təşkilatı gənclər forumunun prezidenti Əli Sarıqaya BMT təşəbbüsü ilə keçirilən "Gənclər sivilizasiyalar ittifaqının" naminə beynəlxalq konfransı zamanı bildirib.

ABŞ konqresi 20-ci əsrin əvvəlində Osmanlı imperiyasında ermənilərin türklər tərəfindən soyqırıma məruz qaldığını əks etdirən qərar layihəsi hazırlayıb. Ermənilər o vaxt 1,5 mln. erməninin öldüyünü iddia edirlər. Amerika prezidenti Corc Buş dəfələrlə "erməni soyqırımının" tanınmasının əleyhinə çıxış edib. Həmçinin, səkkiz keçmiş Dövlət katibləri və indiki ABŞ Dövlət katibi də bu qərarın qəbulunun mümkünsüzlüyünü vurğulayıblar.

Sarıqayanın fikrincə konqresin bu cür addımına yalnız güclü dövlətlərin müsəlman dünyasına qarşı təzyiq kimi baxıla bilər. Onun sözlərinə görə, sivilizasiya və dinlərin üz-üzə qoyulması köklü şəkildə səhvdir və dünyada islamofobiyanın daha geniş yayılmasına gətirib çıxara bilər. O, danimarka nəşrində Məhəmməd peyğəmbərə karikaturalarla bağlı insidenti yada saldı. İKT gənclər forumunun islamofobiyanın yayılmasının qarşısının alınmasının üç əsas yollarına diqqət yetirdi. Bu - proqressiv gəncliyin fəal fəaliyyət şəbəkisinin yaradılması, Fəlstinlə İsrail arasında mövcud münaqişənin həlli və sivilizasiyalar arası dialoqun davamıdır.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESKO və ISESCO xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın patronajlığı ilə keçirilən konfransda çıxış edən İKT gənclər forumunun baş katibi Elşad İskəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və xarici işlər nazirinin müavini Vaqif Sadıxov dialoq və əməkdaşlığın inkişafına çağırdılar.

"Qərb mətbuatında İslamla ekstremizmin və zorakılığın eyniləşdirilməsi onu sybut edir ki, bu gün cəmiyyətin sivilizasiyalar arası dialoqa ehtiyacı var" - deyə Babayev bildirdi..

Konfransın keçirilməsi haqqında qərar 2006-cı ildə İslam Konfransı Təşkilatı "Dialoq və əməkdaşlıq uğrunda" gənlcər forumu tərəfindən qəbul edilib və BMT İnkişaf proqramı, ISESCO və Avropa şurası kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Konfransın ikinci hissəsi noyabrın 2-də keçiriləcək. Burada əsas məruzə ilə Mehriban Əliyeva və Qətər elm və mədəniyyət Forndunun prezidenti Muza bint Nasir al-Missned, həmçinin BMT Baş katibinin Sivilizasiyalar birliyi üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayo, ISESCO Baş direktoru Abdelaziz Osman al-Tüveycri və digər yüksək səlahiyyətli qonaqların çıxışı gözlənilir.

Tarix, müxtəlif sivilizasiyaların münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqda məruzələrlə tanınmış alimlər çıxış edəcək.

Məruzələr "Mədəniyyət və mədəniyyətlər arası münasibətlər", "Fobiya təhlükəsi: islam və qərb qorxusu və nifrəti", "Gəncliyin inkişafı: kasıblıqdan varlılığa", "Müsəlman dünyasında və Qərbdə təhsil islahatları" və digər mövzularda təqdim olunub. Gənclik müzakirələrdə fəal iştirak edəcək.

Konfrans "Nəsillər arası ittifaq" Bakı bəyannaməsinin qəbulu ilə başa çatacaq. Rəsmi sənəd yanvar ayında İspaniyanın paytaxtı Madriddə BMT-nin himayəsi altında keçiriləcək illik "Qlobal ittifaq" forumuna təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti