...

Azərbaycanda törədilən ağır cinayətlər 12 faiz artıb

Siyasət Materials 20 Dekabr 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda il ərzində törədilən xüsusilə ağır və ağır cinayətlər 12-13 faiz artıb. Dövlət Statistika Komitəsindən cümə axşamı Trend ə bildiriblər ki, 11 ay ərzində Azərbaycanda 16846 cinayət hadisəsi qeydə alınıb ki, bunun da 1757-si və ya 10,4 faizi xüsusilə ağır və ağır xarakterli cinayətlərə aiddir. Hesabat dövründə qeydə alınan cinayətlərin 251-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 239-u insan alveri, 226-sı qəsdən sağlamlığa ağır zərər vurma, 16-sı isə, adam oğurluğu cinayətlərinə aiddir.

İl ərzində 330 xarici vətəndaş cinayət törədib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Əməliyyat istintaq tədbirləri nəticəsində cinayətlərin 75,5 faizinin üstü açılıb. Açılmış cinayətlərin 11,8 faizi əvvəllər cinayət törətmiş şəxslər, 3,9 faizi sərxoş vəziyyətdə olan şəxslər, 2,9 faizi isə, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilib. Açılan cinayətlərin 14,1 faizini qadınlar törədib.

Xəbər lenti

Xəbər lenti