...

Azərbaycandakı seçkilərədək İlham Əliyevlə Ermənistanın yeni seçilmiş prezidenti arasında görüşün keçirilməsi hər iki tərəfin marağındadır - AB-nin xüsusi nümayəndəsi

Siyasət Materials 23 Fevral 2008 07:19 (UTC +04:00)
Azərbaycandakı seçkilərədək İlham Əliyevlə Ermənistanın yeni seçilmiş prezidenti arasında görüşün keçirilməsi hər iki tərəfin marağındadır - AB-nin xüsusi nümayəndəsi

Fransa, Strasburq, 23 fevral / Trend müxbir A.Məhərrəmli/ "Hesab edirəm ki, Azərbaycandakı seçkilərədək prezident İlham Əliyevlə Ermənistanın yeni seçilmiş prezidenti arasında görüşün keçirilməsi hər iki tərəfin marağındadır. Axı onlar bir-birini tanımalıdır. Ümid edirəm ki, görüş baş tutacaq". Bunu Strasburqda jurnalistlərlə söhbətində Avropa Birliyinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi deyib.

Semnebi ümidvar olduğunu bildirib ki, Ermənistanda yeni prezidentin seçilməsi Qarabağ danışıqlarına təkan verəcək: "Ümid edirəm ki, tərəflər ümumi dil tapacaqlar və Ermənistandakı prezident seçkiləri danışıqlar prosesinin sürətləndirilməsi üçün təkan rolunu oynayacaq. Danışıqların seçki proseslərinin gedişatı zamanı dayanmaması çox böyük önəm kəsb edir".

Avropa parlamentinin və AB-nin Kosovonun müstəqilliyinin elan olunmasına dair müsbət reaksiyasına və Cənubi Qafqazdakı münaqişələrin nizamlanması prosesinin inkişaf perspektivinə toxunan Semnebi qeyd edib ki, etnik münaqişələrin həllində beynəlxalq hüquq normalarına əsaslanmaq lazımdır.

"Əslində hər bir münaqişə özəl xüsusiyyətlərə malikdir. Mövcud münaqişələrin oxşarlıqlardan çox, fərqli cəhətləri var. Bu, Cənubi Qafqazdakı münaqişələrə aiddir. Kosovo və Qarabağ probleminin öz xüsusiyyətləri var. Bu münaqişənin mürəkkəb olması danılmazdır. O da bəllidir ki, onu sülh yolu ilə, danışıqlarla çözmək lazımdır", - deyə o vurğulayıb.

Semnebi həmçinin əlavə edib ki, yaxın zamanlarda onun bölgəyə səfəri gözlənilir. Bununla belə o səfərin tarixini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti