...

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər – İlham Əliyev

Siyasət Materials 3 Aprel 2008 19:54 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər – İlham Əliyev

Rumıniya, Buxarest, 03 aprel/ Trend , müxbir Ü.Əliyev/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlana bilər. Bu barədə cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə bəyanat verib.

Əliyev, Şimali Atlantika Tərəfdaşlığı Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının NATO rəhbərliyi ilə naharında bildirib ki, erməni təcavüzü nəticəsində, Azərbaycan ərazilərində etnik təmizləmə aparılıb, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub.

Prezident, həmçinin bildirib ki, Azərbaycanın Şimali Atlantika strukturlarına inteqrasiyası genişlənib.

İlham Əliyev, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu ,Qara və Xəzər dənizləri regionunda əməkdaşlıqda fəal iştirakını qeyd edib.

Bundan əlavə, dövlət başçısı öz nitqində ölkənin iqtisadi potensialının inkişafını, Azərbaycanın regionda artan təsirini qeyd edib.

Xəbər lenti

Xəbər lenti