...

Azərbaycanın XİN başçısı Bolqarıstana rəsmi səfər edəcək

Siyasət Materials 9 Aprel 2008 13:15 (UTC +04:00)
Azərbaycanın  XİN  başçısı   Bolqarıstana   rəsmi   səfər   edəcək

Azərbaycan , Bakı , 09 aprel / Trend , müxbr S. Ağayeva / Aprel ayının ortalarında Sofiya şəhərində Azərbaycan ilə Bolqarıstan arasında siyasi və iqtisadi məsləhətləşmələr keçiriləcək . Danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Bolqarıstana rəsmi səfəri zamanı aparılacaq . Bu barədə çərşənbə günü Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib .

Məmmədyarovun səfəri onun bolqar həmkarı İvaylo Kalfinin dəvəti ilə həyata keçiriləcək . Səfər proqramı diplomatik yollarla razılaşdırılır , diplomatik nümayəndə heyətindən məlumat verilib . Səfər zamanı XİN başçısı ölkə rəhbərliyi ilə görüşlər keçirəcək . Xarici siyasət idarəsi rəhbərini Bolqarıstan prezidenti Georgi Pırvanovun və Baş nazir Sergey Stanişevin qəbul edəcəyi gözlənilir .

Danışıqların yekunlarına üzrə iqtisadi və humanitar sahələrdə ikitərəfli sazişin imzalanması planlaşdırılır .

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti