...

Parlamentin Toponomiya Komissiyasının tərkibi dəyişdiriləcək

Siyasət Materials 25 Aprel 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə məşğul olan Milli Məclis yanında Toponomiya Komissiyasının tərkibi dəyişdiriləcək. Bu barədə Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında komissiyanın sədri Arif Rəhimzadə məlumat verib

Komissiya sədri qeyd edib ki, Toponomiya Komissiyası üzvlərinin sayının 10 nəfərdən 18 nəfərə qədər artırılması təklif olunur.

Toponomiya Komissiyasının tərkibinə deputatlar Rafael Hüseynov, Nizami Xudiyev, Fəzail İbrahimli, Əhəd Abıyev, Yaqub Mahmudov, Sabir Rüstəmxanlı və Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Qara Məşədiyevin daxil edilməsi təklif olunur. Komissiyanın katibi isə İdrak Qarayev olacaq.

Komissiyanın üzvü Rafael Hüseynov isə Toponomiya Komissiyası üzvlərinin sayının artırılmasına etirazını bildirib. O qeyd edib ki, komissiya üzvlərinin sayının artırılmasına ehtiyac yoxdur, çünki say çoxaldıqca iclasları normal keçirmək mümkün olmur.

Akif Abbasov dünyasını dəyişdiyinə, Museyib Bayramov isə başqa işə keçdiyinə görə, komissiyanın üzvləri siyahısından çıxarılıblar.

Komissiya Toponomiya Komissiyasının yeni tərkibini təsdiqləyib və məsələnin Milli Məclisə çıxarılmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti