...

Beynəlxalq təşkilatların tövsiyyələrini yerinə yetirmək lazımdır – Yan Kubiş

Siyasət Materials 28 Aprel 2008 21:08 (UTC +04:00)
Beynəlxalq təşkilatların tövsiyyələrini yerinə yetirmək lazımdır – Yan Kubiş

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir K. Ramazanova/ Azərbaycanda seçkilərin yaxşınlaşdığı dövrdə beynəlxalq təşkilatların və "AQO" qrupunun tövsiyyələrini yerinə yetirmək lazımdır. Bu barədə bazar ertəsi Avropa Şurası Nazilər Komitəsinin sədri Yan Kubiş jurnalistlərə bildirib.

"Prezidentliyə namizədlərin öz proqramları təqdim etmələri üçün KİV-ə çıxışları və televiziyada vaxta malik olmaları çox vacibdir", - o bildirib. Kubişin sözlərinə görə, bu seçkilərin bərabər şəraitdə keçməsinə yardıme edəcək.

O həmçinin qeyd edib ki, KİV seçkilərin hazırlanması üçün fəal işləməlidir.

"Azərbaycanın nümayəndələri ilə görüşüm zamanı mən hamını demokratik seçkilərin keçirilməsi üçün qısa vaxt ərzində etməyin mümkün olduğu məsələlərə diqqət yetirməyə çağırdım", - AŞ Nazirlər Komitəsinin sədri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti