...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 30 May 2008 02:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend / Mayın 29-da Bakı Fond Birjasında Milli Bankın 50102119S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 40 000 000 manat, hərraca çıxarılan həcm 30 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Hərracda iştirak edən 10 investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 34 500 400 manat təşkil edib. Sifarişlər 99.07% (gəlirlik 12.52%) - 99.27% (gəlirlik 9.80%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.25% (gəlirlik 10.08%) orta ölçülmüş qiymət - 99.25% (gəlirlik 10.08%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 1 159 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 30 000 000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 25 iyun 2008-cı ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti