...

Azərbaycan müxalif Milli İstiqlal Partiyası prezident seçkisində iştirak etməmək barədə qərar çıxarıb

Siyasət Materials 9 Avqust 2008 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının şənbə günü keçirilən iclasında prezident seçkisində iştirak etməmək barədə qərar çıxarıb. Bu barədə Trend -a iclasdan sonra partiyanın funksioneri Əli Orucov bildirib.

Trend їun arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək barədə qərar verib. Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Böyük Quruluş, Açıq Cəmiyyət partiyaları isə seçkidə öz namizədləri ilə iştirakdan imtina ediblər.

İndiyə qədər qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sənədləri MSK-ya təqdim edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) sənədləri MSK-ya təqdim edilib.

Orucov bildirib ki, partiya prezident seçkilərində iştirakı vacib hesab edir. Lakin partiyanın namizədi olmadığından, seçkilərdə iştirak etməyəsək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti