...

Rusiya qoşunlarının postu yaxınlığında gürcü polisi öldürülüb

Siyasət Materials 10 Sentyabr 2008 13:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , N.Kirtsxaliya/ Bu gün saat 10.15-də Rusiya qoşunlarının Karaleti (Qori yaxınlığında) kəndində yerləşən blokpostu yaxınlığında gürcü polisi öldürülüb. Gürcüstan DİN-in verdiyi məlumata görə, Gürcüstan polisi postuna atəş Rusiya blokpostundan 200 metr aralıda olan yeddi nəfər osetin silahlıları tərəfindən açılıb.

Polis Aleksandr Tsotniaşvili başından və boğazından ağır yaralanıb. Onu xəstəxanaya çatdırmaq mümkün olub, lakin orada keçinib.

Gürcüstan Rusiya tərəfindən qatilləri tutmaq üçün onun nəazərti altında olan ərazilərə keçmək üçün icazə istəyib, lakin rədd cavabı alıb. DİN-in məlumatına görə, Gürcüstan tərəfi cavab atəşi açmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti